REGİONLAR
“Azərişıq” ASC-nin sədri Balakəndə vətəndaşlarla görüşəcək
Bakı, 5 aprel, AZƏRTAC
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov aprelin 6-da saat 10:00-da Balakən və Zaqatala rayonlarından olan vətəndaşlarla görüşəcək.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbul Balakən şəhəri, Atatürk prospekti 2A ünvanında yerləşən Balakən Elektrik Şəbəkəsinin inzibati binasında keçiriləcək.
Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutacaq.
Qəbulda iştirak etmək istəyən şəxslər Balakən Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.