AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri bu ölkənin internet televiziyasında çıxış edib
Tbilisi, 17 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Gürcüstan üzrə xüsusi müxbiri bu ölkədə geniş oxucu və tamaşaçı auditoriyasına malik 24news.ge internet televiziyasının “Sərbəst müzakirə” verilişinin qonağı olub.
AZƏRTAC-ın müxbiri Xətayi Əzizov və Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov jurnalist Azər Məmmədovun “Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar, eləcə də, aprelin 13-də ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın əhəmiyyəti barədə suallarını cavablandırıb, fikirlərini bölüşüblər.
Verilişi aşağıdakı linkdən izləmək olar: https://24news.ge/read/id/50233 .
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi