AZƏRTAC-IN KOLLEKTİVİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN AGENTLİYƏ DİQQƏT VƏ QAYĞISINI UNUTMUR
Sonra AZƏRTAC-da xalqımızın əbədiyaşar xilaskarının xatirəsinə həsr olunmuş yığıncaq keçirilmişdir.
Görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
Yığıncaqda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndərimiz Heydər Əliyevin Vətənə, xalqa həsr olunmuş şərəfli ömür yolundan, ölkəmizin tarixində, ictimai-siyasi həyatında, müstəqilliyimizin qorunub saxlanmasında, Azərbaycanın dünyada tanınmasında misilsiz xidmətlərindən, AZƏRTAC-a daim göstərdiyi diqqət və qayğıdan söhbət açılmışdır.
Çıxışlarda inamla vurğulanmışdır ki, AZƏRTAC-ın kollektivi ümummilli liderimizin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin informasiya təminatı, respublikamız haqqında həqiqətlərin dünyada daha geniş yayılması üçün bundan sonra da səylə çalışacaqdır.