“Azexport.az” portalı 424,5 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri alıb
Bakı, 30 dekabr, AZƏRTAC
Cari ilin yanvar-noyabr aylarında “Azexport.az” portalına 424,5 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayına istinadla bildirir ki, bu ilin noyabrında “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 30,9 milyon dollardır. Noyabrda “Azexport.az” portalına edilən ixrac sifarişlərində tütün, şərab, kərə yağı, qarğıdalı yağı, şəkər, fındıq ləpəsi, qara çay, kosmetik vasitələr, boya və sair məhsullar üstünlük təşkil edib.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci il noyabrın 30-dək (71 ay ərzində) “Azexport.az” portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,1 milyard dollar olub.