AzMİU-da I BMT modeli simulyasiya konfransı yekunlaşıb
Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən BMT-nin I simulyasiya konfransı yekunlaşıb.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, konfransda iki departamentin iclası keçirilib. İclaslardan birincisi “Baş Assambleyada: İnkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında ticarət əlaqələrinin gücləndirilməsi” mövzusuna, ikincisi isə “UNESCO-nun Ümumdünya İrs Komitəsində: Müharibələr zamanı irs abidələrinin dağıdılması problemi” mövzusuna həsr olunub.
İki gün davam edən simulyasiyada iştirakçılar gərgin diplomatik mübarizə apararaq öz mövqelərini təmsil ediblər.
Konfransın yekununda iştirakçılar sertifikatlarla təltif olunublar. Bundan əlavə, konfransda fərqlənən iştirakçılar “ən yaxşı debatçı”, “ən yaxşı deleqant”, “ən yaxşı jurnalist” və “ən yaxşı mövqe sahibi” nominasiyaları ilə təltif olunublar.
Qeyd edək ki, BMT-nin I simulyasiya konfransı Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, BMT-nin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən həyata keçirilən “AzMUN” proqramı çərçivəsində təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:09]
Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində
- 16.10.2026 [14:06]
Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar
- 16.10.2026 [11:38]
ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
- 16.10.2026 [11:31]
UNEC beynəlxalq reytinqdə uğur qazanıb
- 16.10.2026 [11:20]
AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub
- 16.10.2026 [10:27]