“AZNEFTKİMYAMAŞ”IN ZAVODLARINDA MƏHSUL İSTEHSALI VƏ SATIŞI ARTMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Azneftkimyamaş” ASC-nin Bakı, Suraxanı və Sabunçu maşınqayırma zavodlarında yanvar-iyul aylarında təqribən 3953 min manatlıq məhsul istehsal edilmiş, sifarişçilərə 3800 min manatlıqdan çox məhsul satılmışdır.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu müəssisələrdə məhsul istehsalı və satışının həcmi iki dəfəyədək artmışdır.