AZTELEKOM MÜASİR TƏLƏBLƏRƏ CAVAB VERƏN CDMA TEXNOLOGİYASININ TƏTBİQİNƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Aztelekom” İstehsalat Birliyi Abşeron rayonunun bütün yaşayış məntəqələrinin və bağ massivlərinin müasir tələblər səviyyəsində telefonlaşdırılmasını daha da sürətləndirməyə imkan verəcək, simsiz CDMA texnologiyası əsasında işləyən, 5000 nömrə tutumlu yeni EATS-in tikintisini başa çatdırmışdır. Bununla da birliyin şəbəkəsində daha bir mütərəqqi, eyni zamanda geniş yayılması üçün böyük perspektivləri olan texnologiyanın tətbiqinə başlanmışdır. CDMA texnologiyası ilə işləyən telefonların abonentləri yüksək sürətli internetdən istifadə üçün 200 manat (4 yeni qəpik), təqdim olunan hər servis xidməti üçün 600 manat (12 qəpik), beynəlxalq, şəhərlərarası və mobil şəbəkə istiqamətində zənglər üçün isə mövcud tariflər əsasında ödəniş aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:26]
Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır
- 07.10.2026 [12:23]
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
- 07.10.2026 [12:07]