AzTU-nun kafedra müdiri Alman Akademik Mübadilə Xidmətinin qrantını qazanıb
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma texnologiyası kafedrasının müdiri Əməkdar mühəndis, professor Nizami Yusubov növbəti beynəlxalq uğura imza atıb.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, professor Nizami Yusubov Alman Akademik Mübadilə Xidmətinin (DAAD) yüksək rəqabət şəraitində keçirilən “Yenidən Dəvət Proqramı 2026” qrant müsabiqəsinin qalibi elan olunub.
Qrant layihəsi çərçivəsində professor Nizami Yusubovun Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU Cottbus-Senftenberg) Metalkəsən dəzgahlar kafedrasında 3 aylıq elmi-tədqiqat fəaliyyəti nəzərdə tutulub. Səfər çərçivəsində əldə olunacaq elmi nəticələr AzTU-nun tədqiqat fəaliyyətinə, tədrisin müasirləşdirilməsinə və beynəlmiləlləşmə fəaliyyətinə töhfə verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:37]
BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub
- 07.08.2026 [13:00]
Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
- 07.08.2026 [12:27]
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib
- 07.08.2026 [12:03]
Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq
- 07.08.2026 [11:58]
BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək
- 07.08.2026 [11:44]