BAĞDADDA SƏDDAM HÜSEYNİN MƏHKƏMƏSİ BAŞLANMIŞDIR
Sabiq prezidentlə yanaşı, onun ögey qardaşı, əvvəllər xüsusi xidmət orqanlarından birinə başçılıq etmiş Bərzan İbrahim ər-Həsən ət-Tikriti, hökümət başçısının keçmiş köməkçisi Avad Əhməd əl-Bəndər və Bəəs partiyasının dörd funkusioneri məhkəmə qarşısında cavab verirlər. Onlara qarşı Bağdad yaxınlığındakı Əd-Düceyl şiə kəndinin 140-dan çox sakininin məhv edilməsinə dair ittiham irəli sürüləcəkdir. Təkcə bu cinayətə görə onlara ölüm cəzası təyin edilə bilər.
Məhkəmədə kürd Rizqar Məhəmməd Əmin sədrlik edir.