“Bakı 2015” Avropa Oyunları telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təmin olunacaq
Bakı, 11 fevral, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tədbirlər planında “Bakı 2015” Avropa Oyunları ilə əlaqədar bir sıra işlərin görülməsi planlaşdırılır.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə ilin birinci rübündə telekommunikasiya xidmətləri ilə bağlı tədbirlərin yekunlaşdırılması nəzərdə tutulur. Birinci Avropa Oyunları zamanı tezliklərin maneəsiz işləməsinin təmin edilməsi, ölkəyə gətirilən radioelektron vasitələrin yoxlanılması, qeydiyyatı və radiomonitorinq avadanlığının alınması üzrə tədbirlərin həyata keçirilməsi də planda yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]