“Bakı-2017”: Azərbaycan karateçisi Asiman Qurbanlı yarımfinalda
Bakı, 14 may, Nihad Budaqov, AZƏRTAC
“Bakı-2017”də karatenin kumite yarışlarında +84 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan Azərbaycan idmançısı Asiman Qurbanlı ilk görüşdə qalib gəlib.
AZƏRTAC xəbər verir ki, karateçimiz dörddəbir finalda Pakistan təmsilçisi Ramzan Məhəmmədi 5:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb.