“Bakı-2017”: Boksçumuz Rauf Rəhimov dörddəbir finala vəsiqə qazanıb
Bakı, 13 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC
Azərbaycan millisinin boksçusu Rauf Rəhimov IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, ölkəmizi 81 kiloqram çəki dərəcəsində təmsil edən boksçumuz 1/8 final mərhələsindəki döyüşünü qalib kimi bitirib. O, Hafidz Adli Mohdunu (Malayziya) 5:0 hesabı ilə məğlub edib.
R.Rəhimovun 1/4 final görüşü mayın 16-na təsadüf edəcək. Təmsilçimiz Əli Xanla (Pakistan) üz-üzə gələcək.