“Bakı-2017”: Türkiyənin kişi həndbolçuları finala yüksəliblər
Bakı, 13 may, G.Mahmudlu, B.Vəliyev, AZƏRTAC
“Sərhədçi” İdman Olimpiya Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının kişi həndbolçuları yarışının sonuncu yarımfinal matçında Türkiyə ilə Əlcəzair komandaları qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, Əlcəzair komandasının bütün səylərinə baxmayaraq oyunun ilk hissəsi türkiyəli həndbolçuların xeyrinə başa çatıb - 14:9. Gərgin idman mübarizəsi şəraitində keçən matçın ikinci hissəsində əlcəzairli həndbolçular 13:12 hesablı qələbə qazanıblar. Ümumi hesab 26:22 nəticələnən matç Türkiyə komandasının qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, finalda Türkiyə komandası Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq.