“Bakı-2017”: Voleybol yarışlarının ikinci günündə kişi idmançılar mübarizə aparırlar
Bakı, 12 may, P.Rəhimova, A.İsmayılova AZƏRTAC
Mayın 12-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışının ikinci gününün oyunları başlayıb.
AZƏRTAC xəbər verir ki, günün birinci oyununda Qətər və Əlcəzair yığma komandaları qarşılaşırlar.
Saat 15:00-da keçiriləcək ikinci oyunda isə İran millisi Səudiyyə Ərəbistanı yığması ilə üz-üzə gələcək.