İQTİSADİYYAT
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir
Bakı, 27 noyabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə noyabrın 30-da və dekabrın 1-də əlavə qatar reysləri təyin edir.
ADY-dən AZƏRTAC-a bildirilib ki, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.
Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-in saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.