BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə dekabrın 3-də USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4903 manat olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4901 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 122 min dollar olmuşdur. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 2 bənd qalxmış və 1 dollar üçün 4903 manat təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 2 milyon 360 min dollara bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4903 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına əsasən, USD/AZM T+0 aləti üzrə hərracların ümumi həcmi 2 milyon 482 min dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 12 milyard 169 milyondur. Bir əqdə, orta hesabla, 354 571 dollar düşmüşdür. Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 26,838 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Dekabrın 3-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.