BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4591, 00 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə 14 min dollar həcmində əqd bağlanmışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 1 bənd qalxaraq, 1 dollar üçün 4592,00 manat olmuşdur.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 1 milyon 944 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4592,00 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 1 milyon 958 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 8 milyard 991 milyondur. Bir əqdə orta hesabla 217 555 dollar düşmüşdür.
USD/AZM T+1, T+2 və SWAP_USD/AZM alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında BakiBOR-un market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan indeksi 90 günlük alətlər üzrə illik manatla 14,85 faiz, ABŞ dolları üzrə isə 15,27 faiz təşkil etmişdir.
Dekabrın 19-da birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.