BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,9182 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə 2 milyon 914 min dollar həcmində əqd bağlanmışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 0,0002 bənd qalxaraq, 0,9180 AZN olmuşdur.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 800 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,9180 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 3 milyon 714 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 3 milyon 409 min AZN təşkil edir. Bir əqdə orta hesabla 371 400 dollar düşmüşdür.
USD/AZM T+1, T+2 və SWAP_USD/AZM alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 15,05 faiz, ABŞ dolları üzrə isə 15,34 faiz təşkil etmişdir.
Yanvarın 11-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.