BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə sentyabrın 18-də USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8118 AZN olmuşdur.
Birja hərraclarının elektron sistemində (BHES) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8114 AZN-ə bərabər olmuşdur. Dilerlər tərəfindən tələbat olmadığından USD/AZN T+0 aləti üzrə əqdlər bağlanmamışdır. Manatın məzənnəsi sessiyanın yekunlarına görə dəyişməmişdir.
BHES-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 1 217 700 AZN həcmində əqdər qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1USD üçün 0,8118 AZN-ə çatmışdır.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 1 500 000 dollara çatmışdır ki, bu da manat ekvivalenti ilə 1 217 700 AZN-ə bərabərdir.
USDAZN T+1 və T+2 alətləri və SWAP_USDAZN üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. BHES-də banklar AVR/AZN və RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
BHES sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 17,00 faiz, ABŞ dolları üzrə isə 18,20 faiz təşkil etmişdir.
Sentyabrın 18-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.