BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın analitik-informasiya şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 1 milyon dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4913 manata bərabər olmuş və hərracların yekunlarına görə dəyişməz qalmışdır. Təklif və tələb 1 milyon dollar təşkil etmişdir.
Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4913 manat həddində olmuşdur. USD/AZM T+0 aləti ilə BEST-də 1 milyon 39 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 5,105 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 173,167 min dollar düşmüşdür. Tələb olmadığından dilerlər USDAZM T+1, T+2 alətləri üzrə əqdlər bağlamamışlar. AVRAZM və RURAZM alətləri üzrə banklar tərəfindən sifarişlər daxil olmamışdır.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə 1,250 milyard manat və 200 min ABŞ dolları həcmində kreditlər yerləşdirmək üçün banklar tərəfindən sifarişlər verilmişdir. Sentyabrın 5-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.