Bakı Beynəlxalq Astronavtika Konqresi çərçivəsində beynəlxalq seminarlar davam edir
Bakı, 30 sentyabr, AZƏRTAC
"İnkişaf etməkdə olan kosmik ölkələr üçün çağırışlar və potensial inkişaf imkanları" mövzusunda seminarın əsas məqsəd elm, təhsil və innovasiyaların yolu ilə dayanıqlı inkişafa nail olmaqdır.
AZƏRTAC xəbər verir ki, bunu sentyabrın 30-da "Azərkosmos"un Bakı Beynəlxalq Astronavtika Konqresinin keçiriləcəyi məkana mediatur zamanı qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya qrupunun rəhbəri Fidan Behbudova bildirib.
Qeyd edilib ki, paralel olaraq “Azərkosmos”, BMT-nin Kosmik Fəza Məsələləri İdarəsi və Beynəlxalq Astronavtika Federasiyasının birgə
təşkilatçılığı ilə “Sosial və iqtisadi faydalar naminə kosmik texnologiyalar” adlı seminar işinə davam edir. Seminar üç gün davam edəcək. Bu gün, həmçinin "Azərkosmos", Beynəlxalq Astronavtika Federasiyası və Yaponiya Kosmik Agentliyi ilə birgə seminar da keçirir.