BAKI BİZNES MƏRKƏZİNDƏ NÖVBƏTİ SEMİNAR KEÇİRİLMİŞDİR
“Bp—Azərbaycan” şirkəti Bakı Biznes Mərkəzində media nümayəndələri üçün növbəti seminar keçirmişdir. Seminar neft və qaz quyularının qazılması prosesinin şərhinə həsr olunmuşdur. Şirkətin qazma üzrə baş mütəxəssisi Rauf Məlikbəyov bu çətin və olduqca məsuliyyətli işin başlanğıcından son tamamlanma mərhələsinə qədər bütün proses barədə ətraflı məlumat verməklə yanaşı, qazmada işlədilən avadanlıqlar və onların funksiyalarından danışmışdır. O, gözlənilən qumlaşma, sulaşma, yaxud balta və nasosların sıradan çıxması, lay təzyiqinin artması nəticəsində baş verən texniki qəzalar və s. hadisələrin yaranma səbəblərini, əsasən, “Azəri-Çıraq-Günəşli” yatağında qazma zamanı qarşıya çıxan problemlərin timsalında konkret misallarla izah etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:11]
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək
- 23.09.2026 [12:39]