Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib VİDEO
Bakı, 9 noyabr, AZƏRTAC
Heydər Əliyev Fondunun təşəbbüsü ilə 9 noyabr-Dövlət Bayrağı Günü münasibətlə Bakı şəhərindəki bir sıra binalar və abidələr Azərbaycan bayrağı ilə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, “Qız qalası”, eləcə də “Alov qüllələri”, “Bakı Kristal Zalı”, Bakı Olimpiya stadionu və digər binalar Azərbaycan bayrağına bürünüb.
Həmçinin gün ərzində şəhərdəki monitorlarda Azərbaycan bayrağı nümayiş olunub. Bütünlüklə üçrəngli bayrağımızla bəzənən Bakıda gün ərzində möhtəşəm görüntü yaranıb.