“BAKI” FUTBOL KLUBU UEFA ÇEMPİONLAR LİQASININ NÖVBƏTİ MƏRHƏLƏSİNƏ ÇIXMIŞDIR
Bakı, 21 iyul (AZƏRTAC). Azərbaycanın “Bakı” futbol klubu Litvanın “Ekranas” klubu ilə iki görüşün yekununa əsasən UEFA Çempionlar liqasının növbəti mərhələsinə çıxmışdır.
Xatırladaq ki, UEFA çempionlar liqasının seçmə mərhələsində “Bakı” və “Ekranas” klubları arasında ilk görüş 2:2 hesabı ilə başa çatmışdı. O vaxt “Bakı” komandasında Feliks və Batista fərqlənmişdilər.
İyulun 21-də T.Bəhramov adına Respublika stadionunda keçirilən cavab görüşündə oyun gərgin mübarizə şəraitində keçmişdir. Növbəti mərhələyə çıxmaq üçün bakılılara qolsuz heç-heçə, yaxud 1:1 hesabı kifayət idi. Lakin onlar qalib gəlmək əzmində idilər və buna nail oldular.
Görüş 4:2 hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatdı. Oyunun 63-cü və 76-cı dəqiqələrində Feliks, 67-ci dəqiqəsində Muciri rəqibin qapısından top keçirmiş, son dəqiqələrdə isə Şoliç azarkeşləri sevindirmişdir. Litva komandasında 79-cu dəqiqədə Matoviç və 93-cü dəqiqədə Qleveçkas fərqlənmişlər.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]

