Bakı kənar dairəvi yolunda yük maşını aşıb, xəsarət alan var
Bakı, 17 aprel, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhər kənar dairəvi yolunda qeydə alınmış qəza ilə bağlı məlumat yayıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, bu gün saat 10:50 radələrində Bakı kənar dairəvi yolunun 7-ci kilometrliyində Qasımov Nəsir Habil oğlunun idarə etdiyi “Mercedes” markalı, 99-OA-693 dövlət qeydiyyat nişanlı yük avtomobili paytaxt istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.
Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib, hadisə yerinə cəlb olunan DYP əməkdaşları tərəfindən yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır.