Bakı Kitab Mərkəzində konsert - “Poeziya və musiqi rüzgarı”
Bakı, 9 mart, AZƏRTAC
Bakı Kitab Mərkəzində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçılarının Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Poeziya və musiqi rüzgarı” adlı konserti təşkil olunub.
AZƏRTAC xəbər verir ki, beynəlxalq müsabiqələr laureatları olan solistlər Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda yerli və xarici klassik bəstəkarların əsərləri səslənib.