“Bakı Metropoliteni” bayram gününə iş rejimini açıqlayıb
Bakı, 7 mart, AZƏRTAC
8 Mart - Beynəlxalq Qadınlar Günü ölkəmizdə qeyri-iş günü hesab edilir. “Bakı Metropoliteni” xətlərində qatarların hərəkəti “28 May-Həzi Aslanov” istiqamətində saat 7:00-dan 21:00-a qədər 2,5 dəqiqəlik intervalla tənzimlənəcək.
“Bakı Metropoliteni”ndən AZƏRTAC-a bildirilib ki, yaşıl və qırmızı xətlər “28 May” stansiyasında birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” istiqamətində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. Bununla belə, ehtiyat qatarlar nəzərdə tutulacaq. Xətlər üzrə sərnişin axını diqqətdə saxlanılmaqla, zərurət yaranacağı təqdirdə həmin ehtiyat qatarlar xəttə buraxılacaq.
Qatarların “Nərimanov-Bakmil” və əksinə hərəkəti şənbə günləri cədvəlinə uyğun təmin ediləcək. Bənövşəyi xətt üzrə və “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarların hərəkət cədvəlinə dəyişiklik edilməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [19:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]