Bakı metrosunda "Həzi Aslanov-Dərnəgül" istiqamətində baş verən gecikmənin səbəbi açıqlanıb
Bakı, 20 oktyabr, AZƏRTAC
"Bakı Metropoliteninin" "Həzi Aslanov-Dərnəgül" istiqamətində gecikmə qeydə alınıb.
Metropolitendən AZƏRTAC-a bildirilib ki, “Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarın qapılarından birinə müdaxilə nəticəsində maşinist kabinəsində müvafiq işarəvermə sistemi işə düşüb. Qapıda hər hansı problem olmadığı müəyyən olunduğu üçün maşinist yoluna davam edib. Lakin yolun növbəti hissəsində təkrarən işarəvermə sistemi işə düşüb. Sərnişinlər düşürülərək qatar ən yaxın yoxlama məntəqəsi kimi elektrik deposuna göndərilib. Onun əvəzinə başqa qatar xəttə verilib və bu səbəbdən iki qatar arasında mövcud intervaldan əlavə 4 dəqiqə fərq yaranıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
- 24.09.2026 [11:57]
FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]