BAKI POLİSİ ULU ÖNDƏRİN İDEYALARINA SADİQDİR
Mayın 10-da Bakı Şəhəri Baş Polis İdarəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 83 illiyi ilə əlaqədar anma mərasimi keçirilmişdir.
İdarənin rəisi, polis general-leytenantı Məhərrəm Əliyev vurğulamışdır ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, yenilməz iradəsi sayəsində Azərbaycanın sabit gələcəyi təmin olunmuşdur. O, dahi şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilmiş siyasi-iqtisadi siyasətin, təməli qoyulmuş irimiqyaslı layihələrin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Çıxış edənlər dahi rəhbərin tarixi xidmətlərindən ətraflı söz açmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [11:47]
Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
- 10.10.2026 [20:45]