BAKI-QUBA YOLUNDA AĞIR NƏQLİYYAT QƏZASI BAŞ VERMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakı-Quba yolunun 157-ci kilometrində ağır nəqliyyat qəzası baş vermişdir. Quba rayonunun Talabıqışlaq kənd sakini Mehman Kərimovun idarə etdiyi “VAZ-2101” markalı avtomaşın qarşıdan gələn Sumqayıt şəhər sakini Qasım Siracova məxsus “Mersedes” markalı avtomaşınla toqquşmuşdur. Nəticədə “Jiquli”nin sürücüsü və üç sərnişin ölmüş, xəsarət alan digər 3 nəfər isə xəstəxanaya yerləşdirilmişdir.
Faktla bağlı araşdırma aparılır.