Bakı sakini: Bu gün şəhidlərimizi qalib xalqın nümayəndələri kimi yad edirik
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar hadisəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı sakini Qədim Məhərrəmov deyib.
O bildirib ki, 20 Yanvar ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi: “Bu gün 20 Yanvar hadisəsinin 31-ci il dönümündə şəhidlərimizi qalib xalqın nümayəndələri kimi yad edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 44 günlük Vətən müharibəsində işğalda olan torpaqlarımızı azad etdi. Şəhidlərimizin qanı yerdə qalmadı”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]