Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKI ŞƏHƏRİNDƏ NEFT MUZEYİNİN YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan nefti Azərbaycan xalqının milli sərvətidir. 1994-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin neft strategiyasının gerçəkləşməsini təmin edən “Əsrin müqaviləsi”nin imzalandığı 20 sentyabr günü Azərbaycan Respublikasında hər il “Neftçilər günü” peşə bayramı kimi qeyd olunur. Həmin müqavilə xalqımızın ilk dəfə olaraq öz maddi sərvətlərinin, o cümlədən neftin sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilmişdir. Ölkəmizin neft sənayesi tarixində yeni bir dövr açılmış, iqtisadiyyatımızın dinamik inkişafının təməli qoyulmuş və müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmləndirilməsi üçün əsaslı zəmin yaranmışdır. Artıq reallıq olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri dünyanın diqqətini uzun əsrlərdən bəri “qara qızıl” məskəni kimi tanınan Azərbaycana yenidən cəlb etmişdir.

Zəngin neft və qaz yataqlarının mövcudluğu Azərbaycana tarixən Odlar yurdu şöhrəti qazandırmışdır. Öz-özünə yanan təbii əbədi odlar - neft və qaz mənbələri qədim dövrlərdən bəri burada möcüzə şəklində qəbul olunmuş, insanların inanc və etiqadlarına güclü təsir göstərmişdir. Böyük İpək yolu boyunca mal dövriyyəsində Azərbaycanın çox yüksək keyfiyyətə malik ağ nefti və qara nefti xüsusi yer tutmuşdur.

1847-ci ildə Bakıda, “Bibiheybət” yatağında qazılmış quyudan neftin fontan vurması dünya tarixinə neftin sənaye üsulu ilə çıxarılmasının başlanğıcı kimi yazılmışdır. Neftin boru kəməri ilə nəqli də ilk dəfə Azərbaycanda, 1878-ci ildə Qara şəhər və Balaxanı mədənləri arasında çəkilən boru xətti vasitəsilə gerçəkləşdirilmişdir. 1883-cü ildə Bakı-Batumi dəmir yolunun tikilib istifadəyə verilməsi, 1907-ci ildən Bakı-Batumi magistral neft kəmərinin daimi istismara buraxılması Bakı neftinin dünya bazarlarına çıxarılmasında mühüm rol oynamışdır. XIX əsrin sonunda dünyadakı neft hasilatının yarısı Azərbaycanın payına düşmüş, ölkəmiz dünyada neftin çıxarılması üzrə birinci yerə sahib olmuşdur.

Neft sənayesinin misilsiz yüksəlişi nəticəsində Bakıya xarici kapital axını güclənmiş və iri neft sənayeçilərindən ibarət yerli sahibkarlar sinfi meydana gəlmişdir. Neft amili ölkəmizdə maarifçilik hərəkatının, demokratik mətbuatın və dünyəvi teatrın püxtələşməsinə, bütövlükdə mədəni həyatın canlanmasına güclü təkan vermişdir. Avropa ilə Şərq memarlığının ahəngdar vəhdətini özündə əks etdirməklə Bakının yaraşıqlı binalardan ibarət yeni unikal görkəmini formalaşdıran memarlıq inciləri o illərdə yaradılmışdır.

XX əsrdə elmi-texniki nailiyyətlərin əsasında dayanan neft Azərbaycana müxtəlif sahələrdə zirvələr fəth etmək imkanı vermişdir. Ölkəmizdə bu dövrdə neft hasilatında qazanılmış təcrübə və Xəzər dənizində neftçıxarma sahəsindəki uğurlar dünyada yüksək qiymətləndirilir. Həmin müddət ərzində Azərbaycan neft sənayesi texniki baxımdan istehsal proseslərinin yeniləşdirilməsinin davamlı olaraq hər bir mərhələsini keçmişdir. Vaxtilə ən müxtəlif qazma üsulları və yeniliklər ölkəmizdə sınaqdan keçirildikdən sonra neft sənayesində tətbiq olunmuşdur. Dünyada bu gün neft hasilatı sahəsindəki işlərin bir çoxu öz başlanğıcını məhz Azərbaycandan götürmüşdür.

Bakı neftçiləri 1922-ci ildə dünyada ilk dəfə buxtanı qurutmaqla dəniz neft yatağının istismarına nail olmuşlar. 1941-ci ildə Azərbaycanda neft hasilatı ən yuxarı həddə çatmışdır. Bakı İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında hasil edilən neftin 75 faizini, aviasiya benzininin 90 faizini ödəmiş və faşizmin məğlubiyyətə uğradılmasında həlledici rol oynamışdır. 1949-cu ildə Bakıda, Neft daşlarında yenə dünya təcrübəsində ilk dəfə açıq dənizdə neft hasilatına başlanmışdır. Neft texnologiyaları və dənizdə neft çıxarılması üçün yaradılmış əfsanəvi Neft daşları şəhəri Azərbaycanın neft mütəxəssislərini ən qabaqcıl mövqelərə çıxarmışdır. Keçmiş Sovetlər İttifaqında yeni yaranan neft rayonlarına “İkinci Bakı”, “Üçüncü Bakı” adlarının verilməsi Azərbaycan nefti və neftçilərinin şöhrətindən xəbər verir.

Ötən əsrin 70-ci illərində respublikamızda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi xeyli möhkəmlənmiş və onun geniş infrastrukturu yaradılmışdır. Dəniz yataqlarının işlənilməsi üçün yeni qurğu və avadanlıqlar gətirilmiş, Bakı dərin özüllər zavodu tikilmişdir. Ölkəmizdə neftçıxarmanın, neft emalının və neft kimyası sənayesinin hərtərəfli inkişafı neftlə bağlı müxtəlif elm sahələrinin tərəqqisinə yol açmışdır. Bakı şəhərini neft elminin bütün yeni istiqamətləri üzrə Azərbaycanın hüdudlarından uzaqlarda neft akademiyası kimi tanıdan görkəmli alim və mütəxəssislər formalaşmışdır. 1994-cü ildən etibarən Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” sərgi və konfranslarının ənənəvi olaraq Bakıda keçirilməsi Azərbaycan neft elminə verilən qiymətin təzahürüdür.

Respublikamızın iqtisadiyyatının inkişafında əsas amil olmuş neft sənayesinin yüz altmış ildən bəri keçdiyi şərəfli yolun və qazanılmış nailiyyətlərin nümayiş etdirilməsi, Azərbaycan neftinin bu böyük tarixinin xalqımızın həyatının çox əlamətdar hadisələrindən biri kimi öyrənilməsi və gənc nəslin Vətənin milli sərvətlərinə ehtiram ruhunda tərbiyə olunması ölkəmizdə Neft muzeyinin yaradılmasını xüsusilə zəruri edir.

Azərbaycanda neft sənayesinin təşəkkülünü, zəngin ənənələrini, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində və bu gün davamlı artan potensialının əldə olunmasında müstəsna əhəmiyyətini, o cümlədən bəşər tarixinə verdiyi əvəzsiz töhfələri nəzərə alaraq, respublikamızın neft salnaməsinin öyrənilməsini və təbliğinin gücləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Neft muzeyi yaradılsın.

2. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Neft muzeyinin yaradılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 fevral 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib