Bakı Slavyan Universitetinə qəbul olmuş tələbələrin sənəd qəbulu onlayn formada aparılacaq
Bakı, 22 sentyabr, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) I tədris ilinə qəbul olunmuş tələbələrin sənəd qeydiyyatı onlayn formada həyata keçiriləcək.
Bu barədə AZƏRTAC-a BSU-dan bildirilib. Tələbələr BSU-nun saytında müvafiq linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlərin siyahısı fotolarda verilib.
Xatırladaq ki, sentyabrın 21-də ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb. Yaxın günlərdə ixtisas seçiminin nəticələri barədə məlumat veriləcək.