Bakı, Sumqayıt və Qaxda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
Bakı, 27 fevral, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Qax rayonu ərazisində ağacların qanunsuz kəsilməsi faktlarını aşkar ediblər.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri, Xətai rayonu Kazımağa Kərimov küçəsi 18 ünvanında 1 ağac, Yasamal rayonu, Şərifzadə küçəsi bina 134 ünvanında 2 ağac, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Sumqayıt şosesi 10A ünvanında 30 ağac, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 53E ünvanında 42 ağac, Qaradağ rayonu, Bakı-Ələt avtomobil yolunun 50-ci kilometrliyində 13 ağac, 12 kol, Sumqayıt şəhəri 21-ci məhəllə ərazisində 6 ağac, 4 kol, Dənizkənarı Bulvar ərazisində 17 ağac, Sumqayıt şəhəri Heydər Əliyev prospekti ilə 20 Yanvar küçələrinin kəsişməsində 21 ağac, Qax rayonunun Zərnə kəndi ərazisində isə 9 ağacın qanunsuz kəsildiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
- 06.08.2026 [10:07]