Bakı-Tbilisi-Bakı aviareysləri bərpa olunub
Tbilisi, 19 mart, AZƏRTAC
Martın 19-dan Azərbaycan ilə Gürcüstan arasında aviareyslər bərpa olunub.
AZƏRTAC xəbər verir ki, bu gün saat 07:00-da “Buta Airways” aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Tbilisiyə uçuş həyata keçirib. Həmin təyyarə saat 10:10-da Şota Rustaveli adına Tbilisi aeroportundan Bakıya uçub. Uçuş müddəti bir saatdır.
Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşlar həftədə üç dəfə - çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.
Sərnişinlər son 48 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış təqdim etməklə uçuşa buraxılıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]