BAKIDA 1-Cİ ALMANİYA-AZƏRBAYCAN AQRAR-İQTİSADİ FORUMU KEÇİRİLMİŞDİR
Bakı, 5 oktyabr (AZƏRTAC). Oktyabrın 5-də paytaxtımızda 1-ci Almaniya-Azərbaycan aqrar-iqtisadi forumu keçirilmişdir. Tədbirdə hər iki ölkəni aqrar sahədə təmsil edən 50-dən çox şirkətin nümayəndələri iştirak etmişlər.
Mərasimi açan Almaniyanın ölkəmizdəki səfiri Pyer Stankina Azərbaycanda kifayət qədər keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal olunduğunu bildirmiş, alman iş adamlarını ölkəmizdə bu sahəyə sərmayə qoymağa çağırmışdır.
“Hazırda iki ölkə arasında ticarət əlaqələri uğurla inkişaf edir”, - deyən Almaniyanın yeyinti, kənd təsərrüfatı, istehlakçıların hüquqlarının qorunması nazirliyinin əməkdaşı Ditrix Qud 2001-2008-ci illərdə Almaniyadan idxal olunan aqrar və ərzaq məhsullarının dəyərinin 10 milyondan 89 milyon avroya çatdığını diqqətə çatdırmışdır. O demişdir: “Azərbaycanın Avropa bazarlarına çıxarılmalı çoxlu kənd təsərrüfatı məhsulları var. Bunu reallaşdırmaq üçün həmin məhsulların Avropa İttifaqının qüvvədə olan standartlarına uyğunlaşdırılması istiqamətində iş aparılmalıdır. Biz Azərbaycanla aqrar sahədə əlaqələrin inkişafına dəstək vermək istəyirik. Bilirsiniz ki, Almaniya aqrar və ərzaq məhsullarının dünya üzrə 3-cü böyük ixracatçısıdır.”
“Keçən il iki ölkə arasında ticarət dövriyyəsi 184 milyon dollar olmuşdur ki, bunun da 112 milyon dolları aqrar sahənin payına düşür”, - deyən kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev aqrar sahədə aparılan islahatlar barədə də danışmışdır.
Sonra forumda iştirak edən alman şirkətlərinin təqdimatı olmuş, hər iki ölkəni təmsil edən şirkətlərin görüşü keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]