CƏMİYYƏT
Bakıda aparılan müzakirələrdə ada ölkələrinin üzləşdikləri iqlim problemlərindən danışılıb
Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Zonada "İqlimə davamlı və dayanıqlı sahillər: Sahil icmaları üçün gənclərin irəli sürdüyü həll yolları" mövzusunda müzakirələr olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə müxtəlif ada dövlətlərini təmsil edən gənc fəallar iştirak ediblər.
Çıxışçılar COP29 konfransında əsas diqqətin ada ölkələrinin iqlim sahəsindəki problemlərinə yönəldilməsinə çağırış ediblər. Müzakirələrdə kənd təsərrüfatı və sosial fəaliyyət tədqiqatlarından bəhs edilib, kənd təsərrüfatında çalışan fermerləri qorumağın vacibliyindən söz açılıb. Bundan əlavə, çıxışlarda iqlim dəyişikliyinin yerli icmalara, qadınlara və uşaqlara necə təsir etdiyi də diqqətə çatdırılıb.