Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasının ilk gününə yekun vurulub

Asiya Parlament Assambleyasına sədrlik Azərbaycana keçib

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 22-də Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunan sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri, habelə bir sıra beynəlxalq parlament təşkilatlarının rəhbərləri və təmsilçiləri iştirak edirlər.

Sessiyanın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra tədbirdə Asiya Parlament Assambleyasının Baş katibi Mohammad Reza Majidi çıxış edib. Baş katib sessiyanın yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Milli Məclisinə təşəkkürünü ifadə edib. O, Asiya Parlament Assambleyasına sədrliyin növbəti iki il üçün Türkiyədən Azərbaycana keçdiyini söyləyib. Baş katib Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının gələcək fəaliyyətində uğur qazanacağına inamını ifadə edib.

Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin və Asiya Parlament Assambleyanın fəaliyyətdə olan sədri Numan Kurtulmuş APA-nın 14-cü sessiyasının uğurla keçəcəyinə, Asiya dövlətləri arasında həmrəyliyin daha da inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib. O, bu gün dünyada mürəkkəb proseslərin baş verdiyini söyləyib və belə bir zamanda Asiya Parlament Assambleyasında müzakirəyə çıxarılan məsələlərin sülh və sabitlik şəraitində inkişafa xidmət edəcəyini deyib. N.Kurtulmuş Asiyada tərəqqiyə, yüksəlişə nail olmaq üçün APA çərçivəsində birgə səylərin vacibliyini qeyd edib.

TBMM-in sədri çıxışının sonunda Asiya Parlament Assambleyasına sədrliyi Türkiyədən Azərbaycana təhvil verildiyini vurğulayıb.

Milli Məclisinin sədri Sahibə Qafarova növbəti iki il üçün Asiya Parlament Assambleyasına sədrliyi qəbul edib.

Tədbirdə çıxış edən S.Qafarova Türkiyə Böyük Millət Məclisinin təşkilata uğurlu sədrliyini vurğulayıb. Deyib ki, son illərdə görülən işlər parlamentlərarası əməkdaşlığın inkişafı üçün əhəmiyyətli olub.

O bildirib ki, bu gün humanitar böhranlar, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi ilə yanaşı, ayrı-seçkilik, irqçilik, ksenofobiya və islamofobiyanın artması kimi aktual problemlər Asiya regionuna da mənfi təsir göstərir. Bütün bu çağırışlar ayrı-ayrılıqda deyil, yalnız kollektiv, birgə səylərlə həll edilə bilər. Bu, bölgəmizdə sülh, təhlükəsizlik, sabitlik və davamlı inkişaf üçün də keçərlidir.

Parlamentin sədri daha sonra qeyd edib ki, Asiyanın əməkdaşlıq, dialoq və həmrəylik baxımından təklif edəcəyi çox şey var. Bu mənada, Asiya Parlament Assambleyası bu məqsədlər üçün mühüm çoxtərəfli platformanı təmsil edir.

Diqqətə çatdırılıb ki, Azərbaycan parlamenti APA-nı mühüm qurum kimi qiymətləndirir. APA-nın fəaliyyəti parlamentlərarası dialoqu dərinləşdirməyə hazır olduğumuzu əks etdirir. APA ilə digər parlament təşkilatları arasında əməkdaşlığın inkişafından danışan S.Qafarova qeyd edib ki, bu, Assambleyanın qlobal parlament diplomatiyasında səmərəli iştirakına kömək edəcək.

Bildirilib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi APA-da müşahidəçi statusu alıb. Bu iki qurum arasında əməkdaşlıq parlament diplomatiyasının inkişafına xidmət edəcək.

Milli Məclisin sədri, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. O, həmçinin bəşəriyyəti narahat edən iqlim dəyişikliyi probleminə də toxunub, Azərbaycanın bu il COP29-a ev sahibliyi edəcəyini vurğulayıb. Deyib ki, bu, Azərbaycanın iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləməyə sadiqliyinin təzahürüdür.

Tədbir iştirakçılarına Cənubi Qafqazda bütün regionda sülhə və sabitliyə təsir edən mövcud vəziyyət barədə də məlumat verilib.

S. Qafarova Asiya Parlament Assambleyasının əməkdaşlığın inkişafı və ümumi məqsədlərin reallaşması üçün platforma rolunu davam etdirəcəyini inamını bildirib.

Sonra sessiyada quruma üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, o cümlədən Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd Əlmusalam, İraq Nümayəndələr Şurasının sədri Mohsin Ali Akbar Al-Mandalavi, Maldiv Xalq Məclisinin sədri Mohamed Aslam, Şri-Lanka Parlamentinin sədri Mahinda Yapa Abeyvardana, Tacikistan Ali Məclisin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda, Tailand Milli Assambleyanın və Nümayəndələr Palatasının sədri Vanmuhamadnor Mafa, Oman Şura Məclisinin sədri Xalid Hilal Nasir Al Maavali, Ərəb Parlamentinin sədri Adel Bin Abdul Rahman Əl-Asumi və digər parlamentlərin təmsilçiləri çıxış edib, mövzu ilə bağlı fikirlərini açıqlayıblar.

Çıxışlarda region ölkələri arasında hərtərəfli əməkdaşlığın inkişafı, tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinin vacibliyi bildirilib. Regionda və dünyada sülhün bərqərar edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizmə qarşı mübarizədə birgə səylərin göstərilməsinin əhəmiyyəti qeyd olunub.

Tədbir iştirakçıları regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, iqtisadi, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi, informasiya mübadiləsinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Fasilədən sonra sessiya öz işini davam etdirib.

Tədbir çərçivəsində qurumun İqtisadiyyat və davamlı inkişaf, Büdcə və Planlaşdırma, Sosial və mədəni məsələlər, Siyasi məsələlər üzrə daimi komitələrinin iclasları keçiriləcək.

Komitə iclaslarında ətraf mühit, iqtisadi artım üçün səylərin təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinin dəstəklənməsində APA parlamentlərinin rolu, iqlim məsələləri, Asiyada mədəni müxtəlifliyin təşviqi və mədəni irsin qorunması, Asiyada davamlı cəmiyyət üçün uşaq və gənclərin inkişafının təşviqi və bir sıra digər məsələlərlə bağlı qətnamə layihələri müzakirə olunacaq.

Sessiyanın sonunda Bakı Bəyannaməsinin və APA-nın 14-cü plenar iclasının yekun hesabatının qəbulu nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub