Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Azərbaycan və Qazaxıstan arasında Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib VİDEO

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasdan əvvəl Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın Energetika naziri Kanat Bozumbayev arasında ikitərəfli görüş olub. Görüşdə Azərbaycan-Qazaxıstan münasibətlərinin bütün sahələr üzrə uğurlu inkişafının qarşılıqlı dəstək və birgə təşəbbüslərlə səciyyələndiyi qeyd olunub. Hökumətlərarası Komissiya çərçivəsində görülən işlərin əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəyi bildirilib.

Sonra iclas işini hər iki ölkənin Energetika nazirlərinin həmsədrliyi və nümayəndə heyətlərinin iştirakı ilə davam etdirib.

İclasda çıxış edən Energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov deyib ki, Azərbaycanla Qazaxıstan dost və qardaş ölkələr olmaqla bərabər, strateji tərəfdaşdırlar. Hər iki ölkənin liderləri - Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən təməli qoyulan bu münasibətləri bu gün Azərbaycanın və Qazaxıstanın prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev uğurla inkişaf etdirir. Nazir, həmçinin bildirib ki, iki il əvvəl imzalanmış yol xəritəsinin ticari-iqtisadi əlaqələrin davamlı genişləndirilməsi və ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması hədəfi üzrə mühüm addımlar atılır: “İki ölkə arasında ticarət dövriyyəsi ötən il 55,4 faiz artaraq təxminən, 221 milyon ABŞ dollarına yaxın olub. 2018-ci ildə ixrac 36,1 faiz, idxal isə 61,5 faiz artıb. Cari ilin 8 ayı ərzində də ticarət dövriyyəsinin həcmində 11 faiz artım müşahidə olunur. İlin sonunadək Nur-Sultan şəhərində açılacaq Azərbaycan Ticarət Evi daha çox məhsul ixracına imkan yaradacaq. Həm energetika, nəqliyyat, kənd təsərrüfatı, həm də digər sahələrdə əməkdaşlığımız və qarşıya qoyulan məqsədlər ölkələrimizin inkişafına töhfə verəcək”.

Qazaxıstanın Energetika naziri, komissiyanın həmsədri Kanat Bozumbayev isə çıxışında ölkələrarası yüksəksəviyyəli əməkdaşlığı təmin edən məsələlərdən, Hökumətlərarası Komissiyanın fəaliyyətinin, bugünkü iclasın münasibətlərin daha da inkişafına töhfələrindən bəhs edib.

İclasda ticarət-iqtisadi, yanacaq-energetika, nəqliyyat, logistika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi, əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, mədəniyyət, turizm, təhsil, ətraf mühitin mühafizəsi, gənclər siyasəti, dövlət qulluğu, əqli mülkiyyət sahələrində mövcud vəziyyət və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib. Hər iki ölkədə istehsal olunan məhsullar, investisiya layihələri barədə, eləcə də Azərbaycan şirkətlərinin Qazaxıstanda həyata keçirilən infrastruktur layihələrində və digər istehsal sahələrində iştirakının təmin edilməsi üçün qarşılıqlı məlumat mübadiləsinin aparılması tövsiyə edilib. Azərbaycanın sənaye parkının məhsullarının Qazaxıstan bazarına çıxarılması, həmçinin də qazax şirkətlərinin ölkəmizdə birgə müəssisələrin yaradılmasına cəlb edilməsi, neft və neft məhsullarının ticarətinin genişləndirilməsi, Qazaxıstanın mayeləşdirilmiş neft qazının (LPG) tranziti üzrə işlərin davam etdirilməsi və müvafiq işçi qrupunun ikinci iclasının gələn ilin birinci yarısında keçirilməsi, bərpaolunan enerji, enerji səmərəliliyi üzrə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi razılaşdırılıb.

İclasda nəqliyyat sahəsində əməkdaşlığa da geniş toxunulub. Azərbaycan və Qazaxıstan ərazisindən keçən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətinin artırılması və bu marşruta beynəlxalq yükdaşımaların cəlb edilməsi üçün işlərin davam etdirilməsi qərara alınıb. Cari ildən Aktau-Bakı istiqamətində fider gəmisinin (konteyner daşıyan gəmi) reysə buraxılması müsbət məqam kimi qeyd olunub. Eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yüklərin daşınmasına Qazaxıstan tərəfindən böyük maraq ifadə edilib.

Bundan başqa, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün konkret istiqamətlər üzrə birgə tədbirlər müyyənləşdirilib.

Sonda ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi komissiyanın həmsədrləri - P.Şahbazov və K.Bozumbayev imzalayıblar. Komissiyanın 17-ci iclasının 2020-ci ildə Nur-Sultanda keçirilməsi razılaşdırılıb.

Bakıda Azərbaycan və Qazaxıstan arasında Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ konqresmeni: Pentaqon İranla müharibədə 39 təyyarə itirib

Allahşükür Paşazadə: Regionda sülh və tərəqqi layihələrinin təşəbbüskarı kimi çıxış edirik

Ötən ay dünyada elektromobil satışları 6 faiz artıb

WUF13 çərçivəsində “Şəhərin səsi” proqramı

Şahin Diniyev: Kubokun finalında oyunun taleyini ilk qol müəyyənləşdirə bilər

Daşkənddə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konsert təşkil edilib

Vəkillər Kollegiyası ilə “PAŞA Holding” arasında memorandum imzalanıb

Şəkidə oftalmoloqların XVI regional konfransı keçiriləcək

Bu saata olan əsas xəbərlər

Xocalının kəndlərində həyat öz axarına qayıdır

Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib

Fransa Hörmüz boğazının blokadadan çıxarılması üçün BMT-də “neytral missiya” təşəbbüsü irəli sürəcək

Geoloji-kəşfiyyat işlərində rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi - seminar

Çindən Qazaxıstana immiqrasiya üç dəfə artıb

ABŞ-nin Enerji İnformasiya Administrasiyası: LNG qiymətləri yüksək olaraq qalır

Bilal Dündar: Makron administrasiyasının Cənubi Qafqaz siyasəti iflasa uğrayır

Qazaxıstanın TDT ölkələri ilə ticarət dövriyyəsi cari ilin iki ayı ərzində təqribən 40 faiz artıb

Liviya işi: Prokurorluq Nikola Sarkozinin məhkum olunmasını tələb edib

Eldəniz Babayev: “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı sərgidə 50-dək əsərim nümayiş olunacaq

Nəriman Axundzadənin ABŞ klubundakı məvacibi açıqlanıb

Prezident İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

UNICEF: İqtisadi bərabərsizlik uşaqların sağlamlığına, təhsilinə və gələcək imkanlarına mənfi təsir göstərir

Müsbət tendensiyalar fonunda Aİ missiyasının fəaliyyətini davam etdirməsi suallar doğurur - ŞƏRH

Hüquqşünas: Azərbaycan beynəlxalq müstəvidə söz sahibi olan dövlətə çevrilib

WUF13 müddətində Bakı məktəblərində tədris “Rəqəmsal məktəb” üzərindən aparılacaq

Nənəsindən öyrəndiyi sənəti “ABAD”la dünyaya tanıdır: Şamaxılı toxucunun uğuru – Müsahibə VİDEO

Nənəsindən öyrəndiyi sənəti “ABAD”la dünyaya tanıdır: Şamaxılı toxucunun uğuru – Müsahibə VİDEO

Nyu-Yorkda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan şahmat turniri

Mis qiymətləri rekord həddə yaxınlaşır

Yerli ixracatçılar sentyabrda Ər-Riyadda “Saudi Food Expo” sərgisində iştirak edəcəklər

AZPROMO: Azərbaycanın artan nəqliyyat-tranzit imkanları özəl sektor üçün mühüm üstünlüklər yaradır

Türk ekspert: Regionun geosiyasi arxitekturasını Bakı və Ankara müəyyən edir

May və iyun aylarında “Brent” neftinin qiyməti 106 dollar ətrafında qalacaq - PROQNOZ

Britaniyanın Milli Sərvət Fondu müdafiə şirkətinə 34 milyon dollar sərmayə yatırıb

Rusiyanın Dnepropetrovsk vilayətinə hücumları nəticəsində səkkiz nəfər həlak olub

Leyboristlər Partiyasında böhran dərinləşir: Baş nazir istefaya çağırılır

İranda İsrail kəşfiyyatına işləyən şəxs edam edilib

Türkiyə XİN: Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanmasına dair bürokratik hazırlıqlar tamamlanıb

Qlobal neft ehtiyatları bu il sutkada 2,6 milyon barel azalacaq

Anar Bağırov: Ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı 2950 nəfərə çatacaq

Astanada Türk Dövlətləri Təşkilatının biznes-forumu keçirilir

ATƏT-in Minsk qrupunun uğursuz fəaliyyəti beynəlxalq təşkilatların funksional böhranla üzləşdiyini göstərdi – TƏHLİL

Tramp Çindən ABŞ şirkətləri üçün bazarın açılmasını xahiş edəcək

Lənkəranda ilk çay yığımına başlanılıb – hansı sortlar məhsuldardır? FOTO VİDEO

Lənkəranda ilk çay yığımına başlanılıb – hansı sortlar məhsuldardır? FOTO VİDEO

Azərbaycanın müdafiə nazirinin Slovakiyaya səfəri davam edir

Mayın 17-də 7 mindən çox şagird və məzun imtahan verəcək

bp Özbəkistanda Şimali Üstyurd üzrə Hasilatın Pay Bölgüsü Sazişinə qoşulub

Qazaxıstanda dəmir yolu ilə 84 milyon tondan çox yük daşınıb

NBA-da çıxış edən basketbolçu 29 yaşında vəfat edib

Şri-Lankada denge virusuna yoluxma halları artıb

Dörd ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 340 minədək xidmət göstərilib

Azərbaycanın tarixi Zəfəri beynəlxalq ikili standartlara verilən ən güclü cavab oldu ŞƏRH

Türkiyənin Samsun vilayətində daşqınların nəticələri aradan qaldırılır

Fransanın səhiyyə naziri hantavirusun mümkün mutasiyası ilə bağlı qeyri-müəyyənliklərin qaldığını etiraf edib

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

NBA: “San-Antonio Spörs” darmadağınla seriyada önə keçib

Azad olunmuş torpaqlarda qurulan yeni şəhər və kəndlər Azərbaycanın güclü dövlət konsepsiyasını nümayiş etdirir - ŞƏRH

“e-Tabib” mobil tətbiqi “mygov”a tam inteqrasiya olunaraq fəaliyyətini dayandırıb

Dünya bazarında qızıl 20 dollar bahalaşıb

Gənclər Kitabxanasında akademik Yaşar Qarayevin 90 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlanıb

WUF13 Könüllülük Proqramı çərçivəsində məkan təlimləri başa çatıb

DİM beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib

BDYPİ: Təhlükəsizliyimizə etinasız yanaşma bərpası olmayan itkilərə yol aça bilər

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək yeniyetmə cüdoçular bəlli olub

Azərbaycan neftinin qiyməti 116 dollara yaxınlaşır VİDEO

Azərbaycan neftinin qiyməti 116 dollara yaxınlaşır VİDEO

Qazaxıstan, Azərbaycan və Özbəkistan yaşıl enerji dəhlizi üzrə əməkdaşlığı genişləndirir

Azərbaycan Kubokunda final oyunu: “Sabah” “Zirə”yə qarşı

Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi başlayıb

CNN: İsrail Trampın İranla “pis razılaşma” əldə etməsindən narahatdır

Cəbrayıla qayıdan keçmiş məcburi köçkün: Həmişə inanmışdıq ki, torpaqlarımızı geri qaytaracağıq VİDEO

Cəbrayıla qayıdan keçmiş məcburi köçkün: Həmişə inanmışdıq ki, torpaqlarımızı geri qaytaracağıq VİDEO

Paytaxtda 11 istiqamət üzrə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Zəngilan sakini: Doğma elimizə-obamıza qayıtdığımıza görə şükür edirəm VİDEO

Zəngilan sakini: Doğma elimizə-obamıza qayıtdığımıza görə şükür edirəm VİDEO

Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə köç karvanları yola salınıb VİDEO

Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə köç karvanları yola salınıb VİDEO

NYT: İran yeraltı raket anbarları və buraxılış sistemlərinin 90 faizini bərpa edib

Sakit okeanda, Tonqa sahillərində güclü zəlzələ baş verib

ABŞ-də “Qızıl Günbəz” raketdən müdafiə sisteminin dəyəri 1,2 trilyon dollar qiymətləndirilir

İsrailin hava zərbələri nəticəsində Livanda 13 nəfər ölüb

Tramp: ABŞ İranla dialoqda vasitəçi rolunu oynayan Pakistanı əvəz etməyi planlaşdırmır

İsveçdə uşaq bağçaları ilə bağlı sosial təminat sistemində saxtakarlıq iddiaları araşdırılır

Tədqiqat: Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?

Tramp: İran ya razılaşma əldə edəcək, ya da “başladığımız işi bitirəcəyik”

“Bild”: “Mercedes-Benz” Berlindəki bütün salonlarını satıb

Tramp bu il Rusiyaya səfər edə bilər

Fidan: İranla yenidən münaqişənin başlaması qlobal iqtisadiyyata zərər verəcək

“Euronews” telekanalı Bakıda keçiriləcək WUF13 ilə bağlı xüsusi material hazırlayıb

“Fars”: İran ABŞ ilə danışıqların bərpası üçün beş şərt irəli sürüb

Nazir: Türkiyə regiona rəqabət deyil, əməkdaşlıq arealı kimi baxır

Tramp Çinə səfərə yola düşüb

Münəvvər Əliyeva: Uzun fasilədən sonra ilk dəfə mənfi obrazı canlandırdım

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib

“Bakı Metropoliteni” QSC-nin sədri sərnişinlərə çağırış edib

Tramp: İranla atəşkəs barədə düşünəcəyik

Baş direktor: Bakı limanında yükaşırmanın 120 min TEU-ya kimi artırılması planlaşdırılır

Bakıda ilk dəfə görkəmli Azərbaycan geoloquna həsr olunmuş geniş ekspozisiya nümayiş etdirilib

Vüsal Aslanov: Tramvayın konseptual planı hazırlanır

Ekspert: Xəzəryanı ölkələrin gəmiçiliyi nə qədər inkişaf edərsə, Orta Dəhlizin rəqabət qabiliyyəti bir o qədər artar

“Bakı Metropoliteni”nin sədri: Sərnişinlər vahid nəqliyyat şəbəkəsindən istifadə edəcəklər

Naxçıvanda ginekoloji müayinə aksiyasına başlanılıb

WUF13: Bakıda keçiriləcək forumun gözləntiləri və strateji əhəmiyyəti