CƏMİYYƏT
Bakıda “Balık ekmek” festivalı keçirilir
Bakı, 18 may, AZƏRTAC
Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində Bakı EXPO Mərkəzinin qarşısında Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən “Balık ekmek” balıq məhsulları festivalı təşkil edilib. Bunu AZƏRTAC-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
O qeyd edib ki, qardaş ölkədə ənənəyə çevrilən və akvakulturanın, balıqçılıq təsərrüfatlarının inkişafının təşviqinə, həmçinin zəruri qida olan balıq məhsullarının istehlakının artırılmasına yönələn bu təcrübənin öyrənilməsi ölkəmiz üçün də aktualdır.
"İlk dəfədir Azərbaycanda təşkil edilən balıq məhsulları festivalı ölkəmizdə də balıqçılıq təsərrüfatlarının (akvakulturanın) genişləndirilməsinə və inkişafının təşviq edilməsinə, bu sahədə Türkiyə təcrübəsinin həyata keçirilməsinə, eyni zamanda ölkəmizdə akvakultura şəraitində intensiv əmtəə balıqçılığının formalaşmasının təbliğinə və balıq məhsullarının istehlakının artırılmasına töhfə olacaq".