Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKIDA BƏDİİ GİMNASTİKA ÜZRƏ DÜNYA KUBOKUNUN İKİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATMIŞDIR

Bakıda, İdman-Konsert Kompleksində start götürmüş bədii gimnastika üzrə Dünya kubokunun ikinci mərhələsi avqustun 10-da başa çatmışdır. 17 ölkənin 38 idmançısının mübarizə apardığı yarışın son mərhələsində mübarizəni ayrı-ayrı növlər üzrə 8 idmançı davam etdirmişdir. Gərgin mübarizə şəraitində keçən yarışda Azərbaycanı təmsil edən 5 idmançı arasında yalnız Dinara Gimatova gürz növündə ikinci, top növündə isə üçüncü pilləyə yüksələrək, gümüş və bürünc medala layiq görülmüşdür. Xatırladaq ki, bu uğur Azərbaycanın bədii gimnastika tarixində qazanılan ilk ən böyük nailiyyətdir.

Lent, gürz və top növləri üzrə Rusiya idmançısı Alina Kabayeva, halqa növü üzrə isə İrina Çaşina (Rusiya) bütün idmançıları qabaqlayaraq turnirin qızıl medalını qazandılar. Alina Kabayevaya turnirin xüsusi kuboku təqdim olundu.

Medalları Azərbaycan Bədii Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva, Gənclər, İdman və Turizm Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Beynəlxalq Gimnastika Federasiyasının nümayəndələri təqdim etdilər.

Bağlanış mərasimində çıxış edən Beynəlxalq Gimnastika Federasiyasının BGF Baş Katibinin müavini Hanre Qaynmuxler qalibləri təbrik etdi, ölkəmizin paytaxtında bədii gimnastika üzrə keçirilən ilk mötəbər yarışın yüksək səviyyədə təşkilinə görə görə Azərbaycan Bədii Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi və ona BGF-nin xüsusi hədiyyəsini təqdim etdi.

Mərasim bədii proqramla başa çatdı.

***

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEVİN DÖVLƏT TELEVİZİYASININ MÜXBİRİNƏ MÜSAHİBƏSİ
Avqustun 9-da Azərbaycanın Baş naziri, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Azərbaycan dövlət televiziyasının müxbirinə müsahibə vermişdir. SUAL: İlham müəllim, son vaxtlar Azərbaycanda beynəlxalq yarışların, müxtəlif idman tədbirlərinin keçirilməsi ənənə halını almışdır. Bədii gimnastika üzrə bugünkü yarışın keçirilməsi də Azərbaycanın idman tarixində mühüm hadisə deyilmi? CAVAB: Mən razıyam. Doğrudan da bu, Azərbaycanın idman tarixində mühüm hadisədir, əlamətdar bir haldır. Artıq bir neçə dəfə Azərbaycanda beynəlxalq yarışlar, dünya, Avropa çempionatları, kubok yarışları keçirilibdir. Bu, onu göstərir ki, beynəlxalq idman qurumlarının Azərbaycana münasibəti çox xoşdur, bizim fəaliyyətimiz çox yüksək qiymətləndirilir. Biz də hər bir beynəlxalq yarışın təşkilində çalışırıq ki, onu ən yüksək səviyyədə keçirək. Bundan əlavə, deyə bilərəm ki, Azərbaycan dünyada, bəlkə də, yeganə bir ölkədir ki, Olimpiya oyunlarına hazırlıq mərhələsində burada idmanın üç növü üzrə lisenziya turnirləri keçiriləcəkdir. Azərbaycanda boks, taekvondo və voleybol üzrə beynəlxalq turnirlər keçiriləcəkdir ki, bu da öz növbəsində idmançılarımıza daha da gözəl şərait yaradacaqdır. Bilirsiniz ki, Azərbaycanda idman sürətlə, hərtərəfli inkişaf edir. İdmançılarımız beynəlxalq yarışlarda gözəl nəticələr göstərirlər. Azərbaycanda idmanın maddi-texniki bazası ən yüksək səviyyədə yenidən yaradılıbdır. Əlbəttə, beynəlxalq yarışların Azərbaycanda keçirilməsi ölkədə idmana böyük bir təkan verir, gənc, yeniyetmə idmançılarımız, uşaqlar bunu görüb həvəslənirlər. Əminəm ki, bu, həm də Azərbaycanda idmanın kütləviliyinə gətirib çıxaracaqdır. Əsas məqsədimiz də məhz budur. Yəni, uşaqlarımız idmanla məşğul olsunlar, öz fiziki sağlamlığını möhkəmləndirsinlər və Azərbaycanda gözəl, fiziki və mənəvi cəhətdən güclü nəsil yetişsin. SUAL: İlham müəllim, bugünkü idman bayramında 17 ölkədən nümayəndə heyəti iştirak edir. Beynəlxalq təşkilatların nümayəndələri də bu tədbirə qatılıblar. Belə bir idman yarışlarının Azərbaycanda keçirilməsini ölkəmizdəki ictimai-siyasi sabitliyin davamlı xarakter alması ilə də izah etmək olarmı? CAVAB: Şübhəsiz. Əgər Azərbaycanda ictimai-siyasi sabitlik olmasaydı, təbii ki, belə turnirlərin, yarışların keçirilməsi də qeyri-mümkün olacaqdı. Azərbaycanın ən böyük sərvəti ondadır ki, Heydər Əliyevin rəhbərliyi altında son on ildə ölkədə sabitlik, ictimai-siyasi asayiş hökm sürür. Bu, xalqımız, ictimaiyyətimiz üçün ən böyük sərvətdir, ən böyük qazancdır. Əlbəttə, belə bir rahat, sakit şəraitdə hər bir idman tədbirini, digər tədbirləri keçirmək mümkündür. Mən sizə deyə bilərəm ki, Beynəlxalq Gimnastika Federasiyasının nümayəndələri təxminən bir neçə ay bundan əvvəl təftiş məqsədi ilə Azərbaycana gəlmişdilər və burada bizim imkanlarımızı öyrənmiş, mövcud idman qurğuları ilə tanış olmuşdular. Onlar bizə böyük məmnuniyyət hissi ilə bildirmişdilər ki, Azərbaycanda nəinki idmanla məşğul olmaq üçün imkanlar, böyük beynəlxalq yarışlar keçirmək üçün gözəl idman qurğular var, eyni zamanda, ölkədə gözəl əhval-ruhiyyə, ab-hava hökm sürür. Bütün bu amillər ölkəmizdə belə yarışların keçirilməsinə imkan verir. Əminəm ki, gələcəkdə də Azərbaycanda neçə-neçə beynəlxalq yarışlar, çempionatlar keçiriləcəkdir. Bu da öz növbəsində bizim idmansevərlərimizi sevindirəcəkdir. SUAL: Siz indi ölkəmizdəki ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz? Yəni narahatçılıq üçün hər hansı bir əsas varmı? CAVAB: Narahatçılıq üçün heç bir əsas yoxdur. İctimai-siyasi vəziyyət sabitdir. Hər şey qaydasındadır. Azərbaycan inkişaf edir, irəliyə gedir. Azərbaycan qarşıda qoyduğu bütün vəzifələri həyata keçirir . Əminəm ki, bundan sonra da belə olacaqdır. SUAL: İlham müəllim, respublika ictimaiyyəti Azərbaycan Prezidenti Heydər Əliyevin səhhəti ilə bağlı xəbərləri maraqla, ümidlə izləyir. Şükürlər olsun ki, Amerika Birləşmiş Ştatlarından nikbin xəbərlər alınır. Cənab Prezidentin səhhəti ilə bağlı son məlumat necədir? CAVAB: Mən deyə bilərəm ki, - ictimaiyyət də bunu bilir, - cənab Prezident ora çatandan sonra Klivlend klinikası dövlətimizin başçısının sağlamlığı ilə bağlı rəsmi məlumat vermişdi. O da mətbuata çatdırılmışdır. Eyni zamanda, deyə bilərəm ki, mən bu gün cənab Prezidentlə iki dəfə telefonla danışdım. Oranın vaxtı ilə dünən axşam saat on bir, bizdə səhər saat səkkiz idi. Bir də günorta, saat 4-də danışdım. Cənab Prezidentin səhhətində heç bir problem yoxdur. Özünü çox yaxşı, gümrah hiss edir. Əhval-ruhiyyəsi də yaxşıdır. O da bilirdi ki, bu gün Azərbaycanda belə bir mötəbər idman yarışı keçirilir. Xahiş etmişdi ki, mən onun salamlarını, ən xoş arzularını Azərbaycan xalqına çatdıram. Mən də bunu məmnuniyyətlə edirəm. Allaha şükürlər olsun ki, cənab Prezidentin müalicəsində çox müsbət dəyişikliklər vardır. Əminəm ki, yaxın gələcəkdə o, Vətənə dönəcəkdir. Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb