Bakıda budo döyüş növləri üzrə beynəlxalq turnir keçiriləcək
Bakı, 19 iyul, AZƏRTAC
İyulun 28-də Gənclər və İdman Nazirliyinin dəstəyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Boks Arenasında budo döyüş növləri üzrə “Baku Open” beynəlxalq turniri keçiriləcək.
Baş İdarədən AZƏRTAC-a bildiriblər ki, turnirdə Azərbaycan, Pakistan, Əfqanıstan, İran, Özbəkistan və Hindistandan olan 300-ə yaxın idmançı çıxış edəcək.
Yarışda uşaqlar, yeniyetmələr, gənclər və böyüklər kateqoriyalarında mübarizə aparılacaq. Turnir semi-kontakt, ful-kontakt, fri-kontakt, layt-kontak, sabaki-citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]