Bakıda dördəm dünyaya gəlib
Bakı, 28 may, AZƏRTAC
Uzun illər övlad həsrətində olan Axundovlar ailəsində dördəm dünyaya gəlib.
AZƏRTAC xəbər verir ki, Respublika Günü ərəfəsində dünyaya gələn 2-si qız, 2-si oğlan olan körpələr tam sağlamdırlar.
Bir dəfəyə 4 övlad sahibi olan gənc ailənin sevincinin həddi-hüdudu yoxdur. Gənc valideynlər övladlarının sağ-salamat doğulduqlarına görə “Caspian International” Hospitalın rəhbərliyinə, xüsusən də bu işdə sonsuz əməyi olan həkim Aytən Səfərovaya minnətdarlıqlarını bildirirlər. Bu gün həyatlarının ən xoşbəxt günü olduğunu deyən Axundovlar, körpələrinin sağlam və xoşbəxt olması üçün əllərindən gələni edəcəklərini bildiriblər.
Qeyd edək ki, dördəmlər Bakıda “Caspian International” Hospitalda doğulublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
16 May - Beynəlxalq İşıq Günüdür
- [15:28]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Həmişə işıqlıqda!
- [11:22]
Sabah Bakıda WUF13 başlayır
- [10:05]