BAKIDA ƏLAQƏLƏNDİRMƏ ŞURASININ İCLASI OLMUŞDUR
Oktyabrın 3-4-də Bakıda MDB-nin üzvü olan ölkələrin hökumət və qapalı idarə rabitəsi sistemlərində şifrləmə vasitələrinin və onlardan istifadənin təhlükəsizliyinin təmin edilməsi üzrə Əlaqələndirmə Şurasının iclası olmuşdur.
İclasda Birlik ölkələrinin milli təhlükəsizlik orqanlarının, xüsusi xidmət idarələrinin, hökumət rabitəsi bölmələrinin rəhbərləri iştirak etmişlər.
İclasda MDB-nin informasiya-kommunikasiya məkanının qorunması, sənədlərin elektron dövriyyəsi sahəsində milli qanunvericiliklərin uyğunlaşdırılmasına dair təkliflərin hazırlanması ilə əlaqədar bir sıra mühüm məsələlər, habelə informasiya təhlükəsizliyinin təmin edilməsi (o cümlədən beynəlxalq terrorizmlə mübarizə sahəsində) ilə bağlı digər problemlər müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]