Bakıda ətraf mühitin qorunmasına dair alman dilində təlim keçirilir
Bakı, 14 iyun, AZƏRTAC
Alman Akademik Mübadilə Xidməti (DAAD) alman ali məktəblərinin birgə qurumudur. Beynəlxalq ali məktəb əməkdaşlığı üzrə ən böyük təşkilat olan DAAD “Şərq tərəfdaşlığı” ölkələrində, eləcə də Rusiyada gənclərin və elm adamlarının mübadiləsi ilə əlaqədar layihələri maliyyələşdirir.
AZƏRTAC xəbər verir ki, DAAD iyunun 10-dan etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Yay məktəbi” təşkil edib. “Yay məktəbi”ndə Azərbaycan və Gürcüstan gəncləri ətraf mühitin qorunması və könüllü ictimai öhdəlik məsələlərini təhlil etmək üçün Bakıda bir araya gəliblər.
“Ətraf mühitin qorunması və könüllü ictimai öhdəlik“ mövzusunda alman dilində keçirilən təlimdə mədəniyyətlərarası dialoq və plastik qablardan istifadənin azaldılması yolları müzakirə olunur. Təlim çərçivəsində "Təbiət Dostları" Gənclər İctimai Birliyinin üzvləri ilə görüş və Qəbələyə ekskursiya təşkil olunub.
Təlim iyunun 16-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
- 06.08.2026 [10:07]