Bakıda “Futbol matçları zamanı təhlükəsizlik və mühafizə məsələləri” mövzusunda seminar keçirilib
Bakı, 16 noyabr, AZƏRTAC
Bakıda “Avro-2020”yə həsr olunan “Futbol matçları zamanı təhlükəsizlik və mühafizə məsələləri” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, UEFA-nın rəhbərliyi ilə təşkil edilən seminar paytaxtımızda 2020-ci ildə UEFA Avropa Çempionatının final mərhələsinin (Avro-2020) dörd oyununun keçirilməsinə hazırlıq məqsədi daşıyıb.
Seminarda Daxili İşlər Nazirliyinin əməkdaşları, Topaz Premyer Liqası, I divizion klublarının mühafizə xidmətinin rəhbərləri, klublarda azarkeşlərlə əlaqələndirici şəxslər, fan-klub nümayəndələri, AFFA, PFL və AFFA-nın nəzdində olan stadionların əməkdaşları, Premyer Liqa oyunlarına təyinat alan AFFA nümayəndələri və eləcə də “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Yerli Təşkilat Komitəsinin nümayəndələri iştirak ediblər.
Tədbirin sonunda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.