Bakıda II Beynəlxalq Yay Arbitraj Məktəbi təşkil ediləcək
Bakı, 16 yanvar, AZƏRTAC
Türk Dövlətləri Təşkilatı (TDT), Türkiyənin İbn-Haldun Universiteti, Bakı Dövlət Universiteti və Türk Arbitraj Akademiyasının dəstəyi ilə bu il iyunun 24-dən 28-dək Bakıda II Beynəlxalq Yay Arbitraj Məktəbi təşkil ediləcək.
AZƏRTAC TDT-nin saytına istinadla xəbər verir ki, məktəbdə iştirak edəcək şəxslər Türk dövlətlərində biznesmenlərin beynəlxalq kommersiya və investisiya mübahisələrinin arbitraj vasitəsilə həlli məsələlərini öyrənəcəklər. Yay Məktəbi Türk dövlətlərindən akademikləri, alimləri və hüquqşünasları bir araya gətirəcək.
Beşgünlük sertifikat proqramına mühazirələr, diskussiyalar, hökumət və qeyri-hökumət sektoru nümayəndələrinin iştirakı ilə seminarlar daxildir.
Yay Məktəbinə qeydiyyat aprelin 15-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:59]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:47]
Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır
- 09.10.2026 [17:27]
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb
- 09.10.2026 [17:24]
Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir
- 09.10.2026 [16:18]
Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
- 09.10.2026 [15:23]