BAKIDA KEÇİRİLƏCƏK DÜNYA ÇEMPİONATINDA İŞTİRAK EDƏCƏK GÜLƏŞÇİLƏRİMİZİN ADLARI MƏLUMDUR
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 17-də Bakıda start götürəcək dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçilərinin adları məlumdur. Bu mötəbər yarışda mübarizə aparacaq 16 pəhləvanımızın adları artıq Beynəlxalq Güləş Federasiyasına (FİLA) təqdim edilmişdir.
Dünya çempionatda yunan-Roma güləşi üzrə komandamızın heyətində - Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (60 kq), Fərid Mansurov (66 kq), İlqar Abdulov (74 kq) və son anda milli komandaya cəlb edilən legionerlər - Denis Mişen (96 kq) və Anton Betovr (120 kq) yer almışlar. Yığmamızın şərəfini 84 kq çəki dərəcəsində qoruyacaq idmançının adı isə hələlik müəyyənləşməmişdir.
Dünya çempionatında iştirak edəcək sərbəst güləş üzrə komandamızın heyətində isə ölkəmizi Namiq Abdullayev (55), Elman Əsgərov (66), Elnur Aslanov (74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120) təmsil edəcəklər. Siyahıya ehtiyat güləşçilər - Ramazan Əbdürrəhmanov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq) və Müslüm Müslümovun (120 kq) da adları əlavə edilmişdir.
Qadınların mübarizəsində Azərbaycanın idman şərəfini sərbəst güləşçilər - Yuliya Radkeviç (55 kq), Sona Əhmədli (59 kq), Olesiya Zamola (63 kq) və Zümrüd Qurbanhacıyeva (72 kq) qoruyacaqlar. Digər idmançımız Elmira Mürsəlovanın (59 kq) yarışda çıxış edib-etməyəcəyi isə yaxın günlərdə məlum olacaqdır.
Dünya çempionatında iştirak edəcək güləşçilərimizin siyahısına yeni idmançıların da adları əlavə oluna bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]