Bakıda keçiriləcək “Koreya səfiri kuboku”nda 150-dək taekvondoçu iştirak edəcək
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Taekvondo Federasiyasının (ATF) və Koreyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı və dəstəyi ilə gənclər arasında “Koreya səfiri kuboku” keçiriləcək.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil ediləcək yarışda 150-dək idmançı qüvvəsini sınayacaq.
2007-2009-cu il təvəllüdlü taekvondoçular 10 dəst medal uğrunda mübarizə aparacaqlar. Oğlanlar 48 kiloqram, 55 kiloqram, 63 kiloqram, 73 kiloqram, +73 kiloqram, qızlar isə 44 kiloqram, 49 kiloqram, 55 kiloqram, 63 kiloqram və +63 kiloqram çəki dərəcələrində qalibi müəyyənləşdirəcəklər.
Mükafatçılar ATF və Koreya səfirliyinin təsis etdiyi kubok, diplom, medallar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Qeyd edək ki, “Koreya səfiri kuboku” oktyabrın 13-də baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:42]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:05]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [21:38]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]