Bakıda keçirilən aerobika yarışlarında 9-11 yaşlı gimnastlar çıxış ediblər
Bakı, 6 oktyabr, AZƏRTAC
Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyində daha bir yaş kateqoriyasında təsnifat yarışları təşkil olunub.
AZƏRTAC xəbər verir ki, 9-11 yaşlı gimnastlar fərdi, üçlük və qrup proqramında güclərini nümayiş etdiriblər.
Fasilədən sonra 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyasında yer alan gimnastlar fərdi qadın, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.
Yarışda Azərbaycan gimnastları ilə yanaşı, Bolqarıstan, Rusiya, Ukrayna və Qazaxıstandan 200-dən artıq idmançı birincilik uğrunda mübariz aparır.